AI video və vizual
- Reklam çarxı
- Musiqi klipi
- Məhsul vizualı
- AI personaj
- Animasiya
- Təlim və mentorluq
Artificial Intelligence Expert
Türkiyədə 5 il rəqəmsal marketinq dərsi demişəm, 500-dən çox tələbəm olub. Bu gün Zirvə Labs-in təsisçisiyəm: SMM və süni intellekt öyrədirəm, brendlər üçün AI ilə reklam və vizual kontent hazırlayıram.
Təcrübəyə əsaslanan, dərhal tətbiq olunan yanaşma.
Ölçülə bilən dəyər: ROI, satış, müraciət.
Ən yeni AI alətləri və modelləri ilə iş.
5 il
Türkiyədə rəqəmsal marketinq müəllimliyi
500+
tələbə
7 il
marketinq təcrübəsi
4 il
süni intellektlə iş
20+
birgə işlədiyimiz brend və qurum
Musiqi klipləri, daşınmaz əmlak filmləri, AI qısa filmlər və reklam çarxları. Hamısı generativ AI ilə hazırlanıb.
Meta Education
Academy by Adams
Unimetal
CaspianVet
Criptocom
Biznes Mərkəzi Klubu
Metro Net
İbrahimli Mahammad Architect
BestStudy
IES
Şəfəq Academy
Sevgi Dizayn
Skylight Cleaning
Carismatic DetailingStrategiyadan istehsala qədər: brendin sosial mediada böyüməsi üçün lazım olan hər şey bir yerdə.
Brendlər və təhsil layihələri üçün apardığım SMM strategiyası, reklam kampaniyaları və səhifə idarəçiliyi.
Kurslar üçün tanıtım strategiyası, tələbə qeydiyyatı kampaniyaları və reklamların optimallaşdırılması.
Tələbə qəbulu üçün Facebook və Instagram reklamları, hədəfləmə və retargeting, CRM və Notion ilə müştəri axını.
Facebook və Instagram reklamlarının idarəsi, e-ticarət layihələri üçün SEO və rəqəmsal marketinq strategiyası.
Strategiya, məzmun istehsalı, səhifə idarəçiliyi və influencer əməkdaşlıqları.
Forum və Business Center açılışı üçün tanıtım, tərəfdaşlıq və tədbir koordinasiyası.
Brend strategiyası, sosial media kampaniyaları və rəqəmsal reklamların koordinasiyası.
Hər modulda canlı brif sistemi var: tələbə tanınmış brend üçün real sifariş formatında işləyir.
Necə dərs deyirəm
Praktika birinci gəlir. Hər mövzunu real brif və ya real hesab üzərində işləyirik.
Hamıya eyni şablon vermirəm. Kimisi işə girmək istəyir, kimisi öz biznesini böyütmək. Dərsi ona görə qururam.
Dərs bitəndə də əlaqə qalır. Sual yaranarsa, yazırsan, birlikdə baxırıq.

Zirva AI platforması
Kurs tələbələri üçün platformada 15% endirim. Qeydiyyatda promo kodu yaz.
Zirvə LabsMarketinqlə tanışlığım Türkiyədə, universitet illərində başladı. Alanyada turizm menecmenti oxuyurdum, amma vaxtımın çoxu reklam kabinetlərində, müştəri səhifələrində və kampaniya hesabatlarının arasında keçirdi. Bir müddət sonra gördüm ki, bu işləri etmək qədər başqasına izah etməyi də sevirəm.
Beləcə Türkiyədə 5 il rəqəmsal marketinq dərsi dedim. Bu illərdə 500-dən çox tələbəm oldu. Aralarında sıfırdan başlayan da var idi, öz biznesini böyütmək istəyən sahibkar da. Dərslərdə həmişə bir qaydam olub: nəzəriyyə qısa, praktika çox. Tələbə dərsdən çıxanda əlində işləyən bir kampaniya, bir kontent planı və ya ilk müştərisi üçün hazır təklif olmalıdır.
Dərs deməklə yanaşı, sahədə də işlədim: Türkiyədə marketinq agentliklərində və daşınmaz əmlak sektorunda, Azərbaycanda isə təhsil mərkəzlərində və müxtəlif brendlərlə. Reklam ROI-ni 35–40% artırdığım, satışları ilk altı ayda 20% qaldırdığım layihələr oldu. Bu rəqəmləri ona görə yazıram ki, dərsdə danışdığım hər şeyi əvvəl öz işimdə yoxlamışam.
Son illərdə diqqətimi süni intellektə yönəltdim. Bu gün AI ilə reklam çarxları, vizuallar və musiqi klipləri hazırlayıram. Tünzalə Ağayeva, Brilliant Dadaşova, Mədəniyyət Nazirliyi, ARTMARK, Kinomax kimi adlarla birgə işləmişik.
Hazırda Zirvə Labs-in təsisçilərindən biriyəm. Burada SMM, Generative AI və AI avtomatlaşdırma dərsləri deyirəm. Tələbələrimin bir hissəsi artıq bu bacarıqlarla pul qazanır: brendlər üçün reklam çarxları çəkir, öz YouTube kanalını aparır, bəziləri öz AI şirkətini qurub. Mənim üçün ən böyük nəticə budur.
Əgər marketinqi və ya AI-ı öyrənib real işdə istifadə etmək istəyirsənsə, WhatsApp-da yaz.
WhatsApp-la əlaqə →SMM və Generativ AI mütəxəssisi, Zirvə Labs-in təsisçisiyəm. Türkiyədə 5 il rəqəmsal marketinq dərsi demişəm, 500-dən çox tələbəm olub. Bu gün SMM və süni intellekt öyrədirəm, brendlər üçün AI ilə reklam və vizual kontent hazırlayıram.
Qısa brif alırıq, ssenari və vizual istiqaməti təsdiqləyirik, sonra istehsala keçirik. Müddət layihənin həcmindən asılıdır.
SMM + AI + Mobilqrafiya kursu həm online, həm də əyani keçir. Digər kursların formatını qeydiyyat zamanı dəqiqləşdiririk.
Generative AI kursunu bitirənlər Zirva AI beynəlxalq sertifikatı alır. Sertifikatı verify.zirva.ai ünvanında yoxlamaq olar.
Qiymət layihənin həcmindən və müddətindən asılıdır. WhatsApp-a yazın, brifinizə uyğun təklif göndərim.